Pakistanın Baş naziri Şahbaz Şərifin İran və ABŞ arasında sülh razılaşması ilə bağlı açıqlama verdiyi iddia olunub.
News365 xəbər verir ki, Şərifin “son razılaşdırılmış sülh mətninin əldə olunduğu” və tərəflərin növbəti addımlar üzərində işlədiyi barədə fikirlər səsləndirdiyi bildirilir.
Məlumata görə, o, sülhün əvvəlki dövrlərlə müqayisədə daha yaxın olduğunu qeyd edib.
Bununla belə, İran və ABŞ arasında yekun razılaşmanın əldə olunduğu barədə məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.