Sahil Tahirli yeni vəzifəyə TƏYİN OLUNDU

Sahil Tahirli yeni vəzifəyə TƏYİN OLUNDU
20:00

Naxçıvan Televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.

News365.az xəbər verir ki, Sahil Tahirli "Space" televiziyasında "Xəbərlər" departamentinin rəhbəri təyin olunub.

Xatırladaq ki, S.Tahirli bu təyinatdan əvvəl "Hədəf" Şirkətlər Qrupunda media və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsində fəaliyyət göstərib. Pepperoni pizza

O, 13 il Naxçıvan Televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.

O, medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, ötən ay Ayaz Mustafayev "Space" televiziyasına yeni baş direktor təyin edilib. Yeni rəhbərliyin formalaşdırılması ilə paralel olaraq kanalda idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin müasir media çağırışlarına uyğunlaşdırılması istiqamətində islahatlar davam etdirilir.(Oxu.az)


Sizin reklam burada
Sizin reklam burada