Uşaq pulu geri qayıdır?" - 18 yaşadək uşaqlarla bağlı TƏKLİF

Uşaq pulu geri qayıdır?" - 18 yaşadək uşaqlarla bağlı TƏKLİF
13:35

Ümid Partiyasının sədri İqbal Ağazadə uşaqların sosial müdafiəsi, dövlət dəstəyi və gələcək təminatı ilə bağlı təkliflərlə çıxış edib.

News365.az xəbər verir ki, o, Tv365 kanalında çıxışı zamanı dövlətin uşaqların qorunması və onların gələcək həyatının təmin olunması istiqamətində daha sistemli mexanizmlər tətbiq etməsinin vacibliyini bildirib.

İqbal Ağazadə qeyd edib ki, uşaqların sosial təminatı dövlət siyasətində prioritet olmalıdır və bu istiqamətdə xüsusi fond mexanizmi yaradıla bilər:

“Dövlət uşaqları qoruyur, millətin gələcəyi də məhz onların düzgün formalaşmasından asılıdır. Əgər sosial vəziyyət imkan verirsə, bu sahədə daha fəal addımlar atılmalıdır. Məsələn, uşaqlar üçün xüsusi fond yaradıla bilər və 18 yaşına qədər bu fonda dövlət tərəfindən vəsait köçürülə bilər. 18 yaşdan sonra isə həmin vəsaitin idarə olunması vətəndaşa həvalə oluna bilər”.

Partiya sədri əlavə edib ki, vətəndaşın gələcək sosial təminatı üçün bu cür mexanizmlər həm təhsil, həm ipoteka, həm də digər sosial ehtiyacların qarşılanmasına xidmət edə bilər:

“Bu vəsaitlər təhsil, mənzil və digər sosial istiqamətlərdə istifadə oluna bilər. Dövlət həmin vəsaiti kredit mexanizmləri vasitəsilə də dövriyyəyə buraxaraq həm iqtisadi fayda əldə edə, həm də sosial dəstək sistemini gücləndirə bilər”.

İqbal Ağazadə həmçinin inflyasiya və devalvasiya risklərinə də diqqət çəkərək bildirib ki, bu vəsaitlərin dəyərinin qorunması üçün onların sabit valyutada saxlanılması vacibdir.

O, bu təklifi Azərbaycanda sosial təminat sisteminin təkmilləşdirilməsi istiqamətində bir model kimi qiymətləndirib.


Sizin reklam burada
Sizin reklam burada