Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 12-də iş fəaliyyətinə qısa fasilə verəcək.
News365.az xəbər verir ki, Ermənistan hökumətindən verilən məlumata görə, baş nazir həmin tarixdə bir günlük məzuniyyətdə olacaq. Bu müddət ərzində Paşinyan rəsmi vəzifələrinin icrasını həyata keçirməyəcək.
Rəsmi açıqlamada məzuniyyətin səbəbi və baş nazirin həmin gün üçün nəzərdə tutulan proqramı barədə hər hansı əlavə məlumat yer almayıb.
Qeyd edək ki, Nikol Paşinyanın bir günlük məzuniyyətə çıxması ilə bağlı məlumat Ermənistan Baş nazirinin Ofisi tərəfindən ictimaiyyətə açıqlanıb.
News365.az