Türkiyədə silahlı insident törədən iki yeniyetmə saxlanıldı

Türkiyədə silahlı insident törədən  iki yeniyetmə saxlanıldı
21:40

Beşiktaşda silahlı hücumun iki şübhəlisi 3,5 saat ərzində saxlanılıb.

News365.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda 24 yaşlı U.A.-nın silahlı hücum nəticəsində öldürülməsi ilə bağlı iki şübhəli saxlanılıb.

Məlumata görə, oğurlanmış motosikletlə hadisə yerindən qaçan 18 və 17 yaşlı şübhəlilər dron dəstəyi ilə keçirilən əməliyyat nəticəsində 3,5 saat ərzində tutulublar.

Onlar meşəlik ərazidə kolluqların altında gizlənərkən saxlanılıblar. Əməliyyat zamanı lisenziyasız tapança da aşkarlanıb.


Sizin reklam burada
Sizin reklam burada