Tulaya dəhşətli hücumlar olub - VİDEO

Tulaya dəhşətli hücumlar olub - VİDEO
14 Apr 2025 11:25

Rusiya-Ukrayna müharibəsində gərginlik artmaqdadır. Bu dəfə Rusiyanın Tula vilayəti Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Sosial şəbəkələrdə Tula vilayətinin Aleksin şəhərinə endirilən hücumların görüntüləri yayılıb. Video SHOT Telegram kanalı tərəfindən yayımlanıb.


"Şahidlər SHOT-a bildiriblər ki, azı beş güclü partlayış olub və səmada mühərrikli təyyarə və ya dronların səsi eşidilib. Onların sözlərinə görə, PUA-lar Aleksinskaya İstilik Elektrik Stansiyasına (İES) doğru uçub. Lakin onlar strateji obyektə yaxınlaşarkən vurulublar", - məlumatda deyilir.


Aprelin 14-də Ukrayna Silahlı Qüvvələrinin Tula vilayətində Aleksinskaya İstilik Elektrik Stansiyasına hücuma cəhd etməsi barədə məlumat yayılmışdı. 

Bundan əvvəl Oryol vilayətinin qubernatoru Andrey Klıçkov bildirmişdi ki, Ukrayna pilotsuz təyyarələrinin gecə hücumu zamanı Dmitrovski rayonunda bir sıra yaşayış binaları zədələnib.

Xatırladaq ki, dünən səhər saatlarında Rusiya ordusu içərisində kaset mərmiləri olan raketlərlə Suminin mərkəzinə zərbələr endirib. Son məlumatlara görə, hücumda ikisi uşaq olmaqla 34 nəfər həlak olub. Yüzdən çox insan yaralanıb.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada