Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
10:30

Türkiyədə Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmen də daxil olmaqla 28 şübhəli saxlanılıb.

News365.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində eyni vaxtda əməliyyatlar keçirilib.

Şübhəlilər “cinayətkar təşkilata üzv olmaq”, “rüşvət almaq”, “rüşvət vermək” və “tenderə qanunsuz müdaxilə etmək”də şübhəli bilinirlər. Onlardan 23-ü dövlət qulluqçusudur.

Barələrində tutulma qərarı verilən 28 nəfərin hamısı saxlanılıb. İstintaq çərçivəsində Eyüpsultan Bələdiyyəsinin inzibati binasında da axtarış aparılıb.


Sizin reklam burada
Sizin reklam burada