Flora Kərimovanın səhhəti ilə bağlı yeni açıqlama: “Xəstəxanaya getmirik”

Flora Kərimovanın səhhəti ilə bağlı yeni açıqlama: “Xəstəxanaya getmirik”
12:38

“Flora xanımın hazırda xüsusi narahatlığı yoxdur. Əgər xəstəxanaya yerləşdirilməyibsə, deməli, yaxşıdır”.

Bunu  Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

O, müğənninin hazırkı durumunu açıqlayıb:

“85 yaşlı insanın əhvalı necə olar?! Xəstəlikləri çoxdur və sağalmayandır. Ona çox yaxşı qulluq edirik ki, xəstələnməsin. Həkimlər ona gəzməyi tövsiyə edirlər. Biz xəstəxanaya getmirik, həftədə bir dəfə həkimlər evə gəlib onu yoxlayırlar, lazımi analizləri götürülər. Bununla bağlı Heydər Əliyev Fondu xüsusi tapşırıq verib”.

Yaqut İmanova bildirib ki, müğənnini ən çox ürək xəstəliyi incidir:

“İndi elə bir vəziyyətdir ki, insanın canı ağrıyanda gözünə heç nə görünmür”.

Qeyd edək ki, 85 yaşlı Xalq artisti Flora Kərimova bir müddət əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətindədir./// Musavat.com


Sizin reklam burada
Sizin reklam burada