Türkiyədə azərbaycanlı sürücü qəzaya düşüb
News365.az-ın Türkiyə mediayasına istinadən verdiyi xəbərə görə, hadisə Ankara istiqamətində, Gölyaka ərazisində qeydə alınıb. Azərbaycan vətəndaşı Anar Y.-nin (şərti) idarə etdiyi yük avtomobili (TIR) idarəetmədən çıxaraq qəzaya uğrayıb.
İlkin məlumata əsasən, Azərbaycana ətir aparan sürücü sükan idarəetməsini itirib, nəticədə yük maşını ayırıcı zolağa çırpılaraq aşıb.
Hadisə zamanı sürücü Anar Y. yüngül xəsarət alıb. Əraziyə cəlb edilən təcili tibbi yardım əməkdaşları ona yerindəcə ilkin tibbi yardım göstəriblər.
Qəza səbəbindən magistral yolun hər iki istiqamətində bir zolaq üzrə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Yük maşını kran vasitəsilə ərazidən götürüldükdən sonra nəqliyyatın normal hərəkəti bərpa olunub.


