Ukrayna Kiyev və Vaşinqton arasında imzalanması planlaşdırılan faydalı qazıntı sazişi layihəsinə öz düzəlişlərini edə bilər. Bu barədə Amerikanın "Bloomberg" agentliyi mənbələrinə istinadən yazıb.
"İki tərəf arasında müzakirələr davam edir və yekun layihədə şərtlərə dəyişikliklər ola bilər. Ukrayna çox güman ki, bu həftə ABŞ-nin sənədinə öz düzəlişləri ilə cavab verəcək", - müəllif qeyd edib.
Lakin Kiyevin müqavilə layihəsində konkret nəyi dəyişə biləcəyi barədə məlumat verilmir.
Bundan əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak bəyan etmişdi ki, Ukrayna ilə ABŞ arasında saziş layihəsi bütün mineral ehtiyatlara, o cümlədən neft və qaza da təsir edəcək. Onun sözlərinə görə, Kiyev və Vaşinqton arasında razılaşma həm yeni, həm də artıq işlənməkdə olan bütün mineral ehtiyatlara aiddir.
Tural