ABŞ-dan Körfəzə əlavə “Patriot”lar – enerji obyektləri qorunacaq

ABŞ-dan Körfəzə əlavə “Patriot”lar – enerji obyektləri qorunacaq
15:50

ABŞ Yaxın Şərqdə hərbi hazırlığını artıraraq Səudiyyə Ərəbistanı və Qətərdə yerləşən strateji enerji obyektlərinin müdafiəsini gücləndirib.

News365.az “Axios” portalına istinadən xəbər verir ki, Vaşinqton sözügedən ölkələrdəki neft və qaz obyektlərinin qorunması üçün əlavə iki “Patriot” hava hücumundan müdafiə batareyası yerləşdirib.

Məlumata görə, bu addım ABŞ-ın regiondakı müttəfiqlərinə qarşı mümkün təhlükələr fonunda onların əsas enerji infrastrukturunun qorunacağına dair təminat vermək cəhdi kimi qiymətləndirilir.

ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən bərpa etmək qərarı verəcəyi təqdirdə, Körfəz ölkələrində yerləşən enerji obyektlərinin mümkün hücumlardan qorunması əsas məsələlərdən biri olacaq.

Bu çərçivədə Vaşinqtonun bölgədə hərbi mövcudluğunu da genişləndirdiyi bildirilir. ABŞ Yaxın Şərqə əlavə hərbi gəmilər, qırıcı təyyarələr və şəxsi heyət göndərir.

“Patriot” sistemlərinin yerləşdirilməsi isə xüsusilə strateji əhəmiyyət daşıyan neft və qaz infrastrukturunun hava hücumlarından müdafiəsinə yönəlmiş tədbirlər sırasında göstərilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada