Niyə bəzi insanlar soyuqda daha tez üşüyür?

Niyə bəzi insanlar soyuqda daha tez üşüyür?
23:00

Eyni temperaturda bəzi insanlar qalın geyimə ehtiyac duyduğu halda, digərləri soyuğu daha rahat keçirə bilir.

News365.az xəbər verir ki, bunun səbəbləri arasında bədən quruluşu, əzələ kütləsi, maddələr mübadiləsi, qan dövranı və fərdi fizioloji xüsusiyyətlər yer alır.

Əzələ toxuması istilik istehsalında mühüm rol oynayır. Bundan başqa, bədən temperaturunun qorunması üçün qan damarlarının daralması kimi fizioloji mexanizmlər işə düşür.

Yaş da soyuğa reaksiyaya təsir edən amillərdən biridir. Buna görə eyni hava şəraitində insanların soyuğu qəbul etməsi fərqli ola bilər.


Sizin reklam burada
Sizin reklam burada