Kalmarın üzərində insan qulağındakı hüceyrələrə bənzər hüceyrələr aşkarlanıb.
News365.az xəbər verir ki, ABŞ alimləri kalmarların bədən səthində əvvəllər məlum olmayan yüzlərlə tükcüklü hüceyrə aşkar ediblər.
Case Western Reserve Universitetinin tədqiqatçılarına görə, bu hüceyrələr insanın daxili qulağında səs və hərəkətin qəbulunda iştirak edən hüceyrələrə bənzəyir.
Alimlər hesab edirlər ki, kəşf insanlarda eşitmə qabiliyyətinin necə işlədiyini və eşitmə itkisinin səbəblərini araşdırmaq üçün yeni imkanlar yarada bilər.