Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbilin infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi iddia olunub.
İddialarla bağlı yeni açıqlama verilib. Erbilin mətbuat katibi Perim Özgeldi yayılan məlumatları təkzib edib.
O bildirib ki, Mehmet Ali Erbilin səhhəti yaxşıdır və onun infarkt keçirməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Beləliklə, məşhur şoumenin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatların əsassız olduğu açıqlanıb.