Jurnalist Azər Rəşidoğlu böyük filosof İbn Sina ilə dövrün tanınmış arifi Əbül-Həsən Hərəqani arasında keçdiyi rəvayət edilən ibrətamiz bir hadisəni paylaşıb.
News365.az xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Rəvayətə görə, İbn Sina Əbül-Həsən Hərəqanini ziyarət etmək üçün onun evinə gedir. Lakin arifin xanımı İbn Sinanı qarşılayaraq ona qarşı sərt ifadələr işlədir və Hərəqaninin evdə olmadığını bildirir.
İbn Sina bundan təəccüblənərək meşəyə yollanır. Orada Hərəqanini görür. Arif bir şirin kürəyinə odun yükləyib, əlindəki ilanla onu idarə edirmiş.
Hərəqani İbn Sinanı gördükdə gülümsəyərək deyir:
“Əgər evdəki o qurdun əziyyətinə və xasiyyətinə səbr etməsəydim, dağdakı bu şir mənim yükümü daşımazdı. Səbr etdiyin çətinliklər, sənə tabe olmayan dünyanı ram edər”.
Rəvayətə əsasən, İbn Sina bu sözlərdən sonra heç nə demədən geri qayıdır.
Azər Rəşidoğlu paylaşımında bu hadisəni səbir, dözüm və insanın qarşılaşdığı çətinliklərin mənəvi sınaq olması baxımından təqdim edib.