Ekranların ölçüsü niyə düyümlə hesablanır?

Ekranların ölçüsü niyə düyümlə hesablanır?
22:40

Ekranların ölçüsü niyə düyümlə hesablanır?

News365.az xəbər verir ki, telefon, planşet, monitor və televizor alarkən tez-tez “6,1 düym”, “15,6 düym” və ya “55 düym” kimi ifadələrlə qarşılaşırıq. Bəs düym nə qədərdir və ekranlar niyə məhz bu vahidlə ölçülür?

1 düym 2,54 santimetrə bərabərdir. Lakin ekranlarda bu ölçü onun enini və ya hündürlüyünü göstərmir. Düym göstəricisi ekranın diaqonal uzunluğunu ifadə edir.

Məsələn, 55 düymlük televizorun ekran diaqonalı təxminən 139,7 santimetrdir. 6,1 düymlük smartfonun diaqonalı isə təxminən 15,5 santimetr olur.

Ekranların düyümlə ölçülməsinin əsas səbəbi bu vahidin elektronika sənayesində uzun illərdir istifadə olunan beynəlxalq standart ölçülərdən birinə çevrilməsidir. Bu səbəbdən müxtəlif ölkələrdə istehsal olunan cihazların ekran ölçülərini müqayisə etmək daha asan olur.

Qeyd edək ki, eyni düym ölçüsündə olan iki ekranın eni və hündürlüyü fərqli ola bilər. Bunun səbəbi ekranların 16:9, 20:9 kimi müxtəlif tərəf nisbətlərinə malik olmasıdır.


Sizin reklam burada
Sizin reklam burada