Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - VİDEO

Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - VİDEO
13:50

Gürcüstanlı turist qadının Ağdam səfəri zamanı lentə aldığı görüntülər sosial şəbəkələrdə maraq doğurub.

News365.az xəbər verir ki, turist paylaşdığı videoda artıq ikinci ildir Ağdamda minatəmizləmə işlərində iştirak edən azərbaycanlı Xanım Alışovanı izləyicilərinə təqdim edib.

O, Xanım Alışovanı "qəhrəman" adlandıraraq onun xüsusi təlim keçmiş iti ilə birlikdə ərazilərin minalardan təmizlənməsində iştirak etdiyini və bu yolla xalqına xidmət etdiyini vurğulayıb.

Xanım Alışovanın mina axtarışı zamanı ona Molly adlı xüsusi təlim keçmiş itin kömək etdiyi bildirilib.

Görüntüləri izləyənlər də Xanım Alışovanın fəaliyyətini yüksək qiymətləndiriblər. "Allah xətadan-bəladan qorusun, həqiqətən qürur hissi duydum", - deyə paylaşımda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada