Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib.
News365.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, Əlcəzair hakimiyyəti "ikitərəfli əlaqələri qorumaq üçün Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib".
İki ölkə arasında bir neçə ildir ki, diplomatik böhran yaranıb və geosiyasi gərginliklər fonunda münasibətlərdə fasilələr yaranıb. Əlcəzair bundan əvvəl Əbu-Dabini daxili işlərinə müdaxilə etməkdə və Əlcəzairin milli birliyini pozmağa cəhd etməkdə ittiham etmişdi.