Bu ərazidə yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video

Bu ərazidə yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
10:48

Metronun “Koroğlu” stansiyasının qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzinin girişində  5.9 nişanı (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün) quraşdırılıb.

News365.az xəbər verir ki, bu nişanla minik avtomobillərinin ikinci cibə daxil olması, orada sərnişin mindirib-düşürməsi qadağan edilib.

Bildirilib ki, yenilik ərazidən keçən müntəzəm və ekspress marşrut xətlərinin hərəkətinin daha keyfiyyətli təşkil edilməsi məqsədilə tətbiq olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin yola daxil olaraq qaydaları pozan sürücülər 100 manat + 2 bal həddində cərimə edilirlər.


Sizin reklam burada
Sizin reklam burada