Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər.
News365.azApa-ya istinadən xəbər verir ki, hadisə Vladimir şəhərində baş verib.
Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan, 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı 2 yük maşınının arasında qalaraq ölüblər.
Onların nəşi bu gün Azərbaycana gətirilərək dəfn edilib.