Telefonu gecə şarjda saxlamaq təhlükəlidirmi?

Telefonu gecə şarjda saxlamaq təhlükəlidirmi?
20:00

Smartfonların gecə ərzində şarjda saxlanılması ilə bağlı müxtəlif fikirlər səslənir. 

News365.az xəbər verir ki, müasir telefonlarda batareya tam dolduqdan sonra enerji qəbulunu idarə edən sistemlər olsa da, cihazın uzun müddət yüksək temperaturda qalması batareyanın ömrünə mənfi təsir göstərə bilər.

Mütəxəssislər xüsusilə telefonu yastıq, yorğan və digər istilik saxlayan əşyaların altında şarj etməməyi tövsiyə edirlər. Çünki şarj zamanı yaranan istiliyin xaricə çıxa bilməməsi batareyanın həddindən artıq qızmasına səbəb ola bilər.

Telefonun gecə şarjda qalması adətən dərhal təhlükə yaratmasa da, batareyanın daha uzun müddət sağlam qalması üçün cihazı sərin və havalandırılan yerdə şarj etmək daha məqsədəuyğundur.



Sizin reklam burada
Sizin reklam burada