ABŞ buna inanmır

ABŞ buna inanmır
12:50

"ABŞ İranın xarici ölkələrdən hər hansı ciddi dəstək aldığını düşünmür".

News365.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Ekvadorda jurnalistlərə açıqlamasında bildirib.

"Hesab etmirik ki, kiminsə İrana verdiyi hər hansı yardım hazırda müşahidə etdiyimiz vəziyyətin dinamikasını və ya parametrlərini dəyişmək gücündədir", -deyə Rubio vurğulayıb.

ABŞ rəhbərliyinin İrana məhz hansı ölkələrin kömək etdiyini bilib-bilməməsi ilə bağlı suala cavab olaraq, Rubio belə dövlətlərdən heç birinin adını açıqlamaq istəməyib.

Dövlət katibi həmçinin İranın ABŞ gəmilərini atəşə tutmaqda davam etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Tehran bu cür əməllərinin əvəzini tankerləri vurmaqla ödəyir.


Sizin reklam burada
Sizin reklam burada