Nazirlər kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında” qərar verib.
News365.az xəbrə verir ki, qərara əsasən, Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşa olunacağı layihələrlə əlaqədar olaraq tikinti altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı alan orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulan rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini həyata keçirməli və bu barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.