Dörd milyon manat ayrıldı - Bu məktəblərin təmirinə

Dörd milyon manat ayrıldı - Bu məktəblərin təmirinə
14:30

Azərbaycanda bir sıra təhsil müəssisələrində təmir işləri aparılacaq.

News365.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, işlərin səkkiz təhsil müəssisəsində aparılması nəzərdə tutulur.

Təmir İmişli, Neftçala, Kürdəmir rayonlarında, Şirvan, Beyləqan, Mingəçevir və Yevlax şəhərlərində baş tutacaq.

Sözügedən işlərə 4 milyon 562 min 459 manat vəsaitin xərclənəcəyi ehtimal edilir.

Qeyd edək ki, təmir olunacaq təhsil müəssisələri aşağıdakılardır:

- İmişli rayonu Qabil Mərdəliyev adına Xəlfəli kənd tam orta ümumtəhsil məktəbi;

- Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbi;

- Neftçala şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi;

- Kürdəmir rayonu A.Məmmədov adına Xınıslı kənd tam orta məktəbi;

- Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbi;

- Beyləqan Peşə Məktəbi;

- Mingəçevir şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbi;

- Yevlax şəhər 3 saylı tam orta məktəbi.


Sizin reklam burada
Sizin reklam burada