SOCAR Gürcüstan millisinin İspaniyaya qalib gələcəyi təqdirdə yanacağın qiymətində endirim edəcəyini vəd edib

SOCAR Gürcüstan millisinin İspaniyaya qalib gələcəyi təqdirdə yanacağın qiymətində endirim edəcəyini vəd edib
29 İyn 2024 23:40

"SOCAR Georgia Petroleum" Gürcüstan millisinin İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.

Bu barədə "SOCAR Georgia Petroleum" şirkətinin sosial media hesabında məlumat paylaşılıb.

Sözügedən açıqlamada deyilir:

"Portuqaliyaya vurduğunuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik. Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq".

Qeyd edək ki, Gürcüstan - İspaniya yığmaları 30 iyun saat 23:00-da qarşılaşacaqlar.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər