“Danışaq?” layihəsinin növbəti qonağı əməkdar artist Sənubər İsgəndərli olub

“Danışaq?” layihəsinin növbəti qonağı əməkdar artist Sənubər İsgəndərli olub
02 İyl 2024 18:09

Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin növbəti buraxılışının qonağı Sənubər İsgəndərli olub.

Jurnalistlə yanaşı digər aparıcılar, həmkarları - Seymur Zəkəryayev və Feliks Vişnevetski olub.

S.İsgəndərli aktyorluq karyerasına necə başladığından, Qazaxıstan kinematoqrafları ilə əməkdaşlıq etməsindən danışıb.

Verilişdə aktyor "sənət uğrunda nələrisə qurban verməyə dəyərmi?" - sualını da cavablandırıb.

Azərbaycanın əməkdar artisti aktyorluq peşəsinin maliyyə tərəfinə toxunaraq “məşhur kino və teatr aktyoru mənzil ala bilərmi” sualını cavablandırıb.

S.İsgəndərli teatr və kinonun pərdəarxası həyatından, intriqalardan, rol uğrunda aktyorlar arasında gedən mübarizədən də danışıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər