Rusiyaya zərbələrə dair bütün məhdudiyyətlər götürülə bilər -“Defence News”

Rusiyaya zərbələrə dair bütün məhdudiyyətlər götürülə bilər  -“Defence News”
02 İyl 2024 16:58

ABŞ və NATO-dan olan bir sıra yüksək rütbəli Qərb rəsmiləri, o cümlədən alyansın səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə dair bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.

News365.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

“ABŞ-dən və digər ölkərlədən olan bir qrup məmur hazırda qalan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır. Bu qrupda NATO-nun baş katibi də var”, - nəşr yazır. 

Nəşrin Pentaqondakı mənbəsi bildirib ki, Qərb müttəfiqlərinin qərarları çox vaxt planlaşdırılanlardan fərqli olur. O, bunu cəbhədəki vəziyyətin daim dəyişməsi ilə izah edib. "Ona görə də heç vaxt heç vaxt deməyin", - o, qeyd edib.

Xatırladaq ki, mayın sonunda Co Baydenin administrasiyası Ukraynaya Rusiyanın sərhədyanı rayonlarını Qərb silahları ilə vurmağa icazə verib.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər