“ABŞ başda olmaqla kənar güclər bilməlidirlər ki...“- Politoloq

“ABŞ başda olmaqla kənar güclər bilməlidirlər ki...“-  Politoloq
02 İyl 2024 17:56

ABŞ başda olmaqla kənar güclər bilməlidirlər ki, müstəqil dövlət olaraq Azərbaycanın milli maraqlara söykənən xarici və daxili siyasətini onlar deyil, xalqımız və liderimiz Prezident İlham Əliyev müəyyən edir".

Politoloq Anar Əliyev bunu News365.az-a açıqlamasında deyib.

"Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Azərbaycan faktiki olaraq bölgədə konfrontasiya geosiyasi xəttini sındıraraq regionu əməkdaşlıq və təhlükəsizlik geosiyasi müstəvisinə çıxarıb. Bunun tarixi, siyasi, sosial, mədəni, iqtisadi və hərbi-strateji nəticələri özünü göstərməkdədir. Dövlətimizin yaratdığı reallıqlar ondan ibarətdir ki, Cənubi Qafqaz bundan sonra ziddiyətlər, münaqişələr yox, sülh və əməkdşalıq məkanına çevrilsin. Azərbaycanla Türkiyənin siyasəti məhz bu istiqamətdədir. "- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər