Argentina Peruya qalib gəldi, Kanada mərhələ adladı

Argentina Peruya qalib gəldi,  Kanada mərhələ adladı
30 İyn 2024 09:35

Amerika Kuboku çərçivəsində Argentina millisi Peru yığması ilə qarşılaşıb.

News365.az xəbər verir ki, Amerika Kubokundakı oyun Mayamidə (Florida, ABŞ) "Hard Rock" stadionunda baş tutub. Görüş Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissənin əvvəlində Argentina millisinin hücumçusu Lautaro Martinez qarşılaşmada hesabı açıb. 86-cı dəqiqədə Martinez dubla imza ataraq yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, Argentina millisinin lideri, 37 yaşlı hücumçu Lionel Messi sağ çənə əzələsindən aldığı zədə səbəbindən millisinin start heyətində yer almayıb.

Argentina və Peru ilə eyni qrupda həmçinin Kanada və Çili milliləri də yer alıblar. Argentina millisi A qrupunda üç qələbə qazanaraq, Amerika Kubokunun "pley-off" mərhələsinə yüksəlib. Peru yığması bir xalla qrupda sonuncu yeri tutub. Kanada isə Çili ilə qolsuz bərabərə qalaraq qrup ikincisi kimi mərhələ adlayıb.

Xatırladaq ki, Amerika Kuboku iyulun 15-dək davam edəcək. Turnirin hazırkı qalibi Argentina millisidir. Amerika Kubokunun ən titullu iştirakçıları bu turnirdə 15 dəfə qalib gəlmiş Argentina və Uruqvay milliləridir.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər