Makron inzibati çevriliş təşkil etməyə çalışır - Le Pen

Makron inzibati çevriliş təşkil etməyə çalışır  - Le Pen
02 İyl 2024 16:30

Fransa prezidenti Emmanuel Makron ölkədə çevriliş həyata keçirməyə çalışır. 

News365.az xəbər verir ki, bu sözləri Fransa parlamentinin "Milli birlik" fraksiyasının rəhbəri Marin Le Pen “France Inter” radiostansiyasının efirində deyib.

"O, olimpiadanın sonuna qədər vəzifəsində qalmalı olsa da,  prezidentin sabah milli polisin rəhbəri və milli jandarm idarəsinin direktorunu dəyişdirmək məsələsinə baxacağı ilə bağlı xəbərlər var. Bu cür tələsik tədbirlərin, təyinatların məqsədi Milli Birlik seçkilərin ikinci turunda səs çoxluğu qazanacağı təqdirdə Cordan Bardellanın ölkəni istədiyi kimi idarə etməsinə mane olmaqdır", - siyasətçi qeyd edib.

Onun fikrincə bütün bunlar inzibati dövlət çevrilişinin bir formasıdır.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər