“Berlin Pekinlə iqtisadi və ticarət əlaqələrindən imtina etməyib“ - EIxan Şahinoğlu

“Berlin Pekinlə iqtisadi və ticarət əlaqələrindən imtina etməyib“ -  EIxan Şahinoğlu
02 İyl 2024 10:01

"Əslində Berlin Pekinlə iqtisadi və ticarət əlaqələrindən imtina etməyib"

Politoloq Elxan Şahinoğlu bunu News365.az-a açıqlamasında deyib.

Almaniya nəqliyyat nazirinin Pekinlə imzaladığı sazişin taleyi barədə qərar yoxdur. Əslində Berlin Pekinlə iqtisadi və ticarət əlaqələrindən imtina etməyib. Doğrudur, Almaniya Fransanın təzyiqi ilə Çindən idxal olunan elektrik avtomobillərə əlavə gömrük rüsumunu qəbul etmək məcburiyyətində qalıb. Ancaq Berlinin narahatlığı ondadır ki, öz növbəsində Pekin də Almaniya istehsalı olan avtomobillərin Çində satışını əngəlləyə bilər.

Olaf Şolts bu ilin aprel ayında Pekində səfərdə olmuş və Çin lideri Tsi Cinpinlə görüşmüşdü. Bu görüşdə əsas 3 məsələ müzakirə olunmuşdu. Birinci mövzu Almaniya ilə Çin iqtisadi əməkdaşlığının keyfiyyətinin artırılmalısı ilə bağlı idi. Şolts alman şirkətləri üçün dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində rəqabət üçün bərabər şərait yaradılmasını istəmişdi. Liderlər ikinci mövzu olaraq Rusiya-Ukrayna müharibəsinin bitirilməsiylə bağlı fikir mübadiləsi apardılar. Almaniya kansleri Çin liderindən müharibənin dayandırılması məqsədilə Kremlə təsir etməsini istəmişdi. Üçüncü mövzu Qəzzadakı durumla bağlı idi.

Bu görüşdən iki aydan çox vaxt keçib və müzakirə olunan 3 məsələ ilə bağlı irəliləyiş yoxdur. Almaniya-Çin iqtisadi əməkdaşlığının keyfiyyəti artmayıb, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı xaos davam edir. Bundan başqa Çin lideri Tsi Cinpin Pekinə gələn Almaniyanın iqtisadiyyat naziri Robert Habeklə görüşdən imtina edib. Eyni zamanda Rusiya Federasiya Şurası Berlinə etiraz edərək Almaniyanın Çinin Rusiyaya ilə iqtisadi əlaqələri məhdudlaşdırması tələbini tənqid edib."-deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər