"Müqəddəs Qurbanı heyvan soyqırımına çevirməyək" - İlahiyyatçıdan ÇAĞIRIŞ

"Müqəddəs Qurbanı heyvan soyqırımına çevirməyək" - İlahiyyatçıdan ÇAĞIRIŞ
05 İyn 2024 14:37

“Qurban bayramı yaxınlaşır. Allaha yaxınlaşmaq üçün kəsilən qurbanların sosial tərəflərinə, təmizlik məsələsinə önəm verilməlidir. Sırf Allah üçün olmalıdır. İnsanlara yardım etmək lazımdır. Qurban ətini pulla satanlar meyit alverçisi kimi bir şeydir. Qurban ətinin pula satılması bidət, günahdır”.

Bunu News365.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, yolları, küçələri içalatlarla, heyvan baş-ayaqları ilə zibilləmək də dinin əksinədir:

“İslam təmizliyə böyük önəm verir. Qurban kəsib qazandığınız savabı yolları zibilləməklə hədər etməyin.

Küçələrdə, toz - torpaq içində qurban kəsmək, uşaqların və digər heyvanların gözü qabağında qurban kəsmək də vəhşiliyin bir növüdür. Din xadimləri demir, biz deyək. Qurbanlıqda əsasən qarını, boğazı, kababı yox, Allaha yaxınlaşmanı və kasıblara əl tutmağı ön plana qoymaq lazımdır.

Uydurulmuş fars məcusi dinindən və ərəb əməvi dinindən uzaq olun, Allahın endirilmiş dininə, Qurana üz tutun”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər