Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında  nə baş verib?
02 İyl 2024 17:44

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyev Penitensiar Xidməti məhkəməyə verib.

News365.az-ın əldə etdiyi məlumata görə, Cahangir Hacıyevin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Ləman Musayeva iş üzrə hakim təyin edilib. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Xatırladaq ki, Cahangir Hacıyev 2001-15-ci illərdə ABB-nin İdarə Heyətinin sədri olub. 2015-ci ildə ABB ilə bağlı "kredit qalmaqalı"na görə vəzifəsini itirib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə isə Cahangir Hacıyev yenidən mühakimə edilib və cəzasının üzərinə 1 il 6 ay əlavə edilib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər