Bakı və Gəncədə yardım mərkəzləri yaradılıb

Bakı və Gəncədə yardım mərkəzləri yaradılıb
02 İyl 2024 15:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb.

ƏƏSMN-dən News365.az-a verilən xəbərə görə, mərkəzlər "Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb.

Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.

Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına, eləcə də sosial şəbəkə hesablarına müraciət edə bilər.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər