“1 manat verib qarşısında oynadır...“ - VİDEO

“1 manat verib qarşısında oynadır...“ -  VİDEO
02 İyl 2024 10:54

Meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə növbəti videoları ilə gündəmə gəliblər.

News365.az xəbər verir ki, duet ortaqlarının budəfəki videoları izləyicilər tərəfindən tənqid edilib.

Belə ki, Türkan istirahət mərkəzlərinin birində Pərvizin əyləşdiyi stulun önündə rəqs etməyə başlayıb.

Meyxanaçı isə ona 1 manat pul verib.

Vəlizadə Pərvizdən pulu alaraq bu sözləri deyib:

“İndi guya bu mənə 1 manat verib qarşısında oynadır? Elə şey yoxdur. Bunun bərəkətinə qurban olum. Mənə ilk pulu verən də elə Pərviz olub. Ona görə də bu günə kimi mən ruzi-bərəkət qazanıram. Allahdan necə razı olmayım? Pərvizdən də razıyam. Əli də bərəkətlidir”.

Sözügedən videonu təqdim edirik:


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər