HƏMAS hücumlarında ölənlərin ailələri 3 ölkəni MƏHKƏMƏYƏ VERDİLƏR

HƏMAS hücumlarında ölənlərin ailələri 3 ölkəni  MƏHKƏMƏYƏ VERDİLƏR
02 İyl 2024 21:31

HƏMAS qruplaşmasının hücumları nəticəsində həlak olan şəxslərin ailələri İranı məhkəməyə veriblər.

Bu barədə "Deutsche Welle” məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyrabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı həlak olan bir sıra qurbanların ailələri İran, Suriya və Şimali Koreyanı ABŞ məhkəməsinə veriblər.

Məlumata görə, onlar bu üç ölkəni HƏMAS-ı dəstəkləməkdə ittiham edərək 4 milyard dollar təzminat istəyiblər.

Şikayət ötən gün İftiraya Qarşı Birlik tərəfindən Vaşinqtonun Federal Məhkəməsinə təqdim edilib. Şikayət ərizəsində İran, Suriya və Şimali Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyi də vurğulanıb. 

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər