Azərbaycanın yeniyetmə boksçuları Avropa birinciliyini 4 medalla başa vurub

Azərbaycanın yeniyetmə boksçuları Avropa birinciliyini 4 medalla başa vurub
30 İyn 2024 22:52

Azərbaycanın yeniyetmə boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyini 4 medalla başa vurub.

Boks Federasiyasından  verilən məlumata görə, komanda yarışın son günündə 2 medal qazanıb.

Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (+80 kq) gümüş mükafata yiyələliblər.

Nəticədə yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər