Bakıda tikilən bu körpü alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə çıxış imkanı təmin edəcək

Bakıda tikilən bu körpü alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə çıxış imkanı təmin edəcək
02 İyl 2024 17:00

"Bakı Ağ Şəhər Zaman" meydanı layihəsi çərçivəsində inşa edilən piyada körpüsü inşa edilir. 

Layihəyə əsasən uzunluğu 237, eni 7-14 metr olan körpünün 8 seqment vasitəsilə bir dayaq üzərində salınması nəzərdə tutulur. Seqmentlərin diametri 3, uzunluğu 15 metr təşkil edir. Sözügedən dayaq Şərq və Qərb ayaqlarından ibarət olan qoşa dayaq üsulu ilə qurulur.

Piyadalar körpünün üst qatı vasitəsilə cənubda “Baku City Mall” alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə, şimalda Bakı Ağ Şəhərdə yerləşən Fəvvarələr meydanı və 1-ci Fəvvarələr küçəsinə, alt qatı vasitəsilə isə Nobel prospektində yerləşən Zaman meydanına çıxmaq imkanını əldə edəcəklər. Həmçinin “Ağ Şəhər” metro stansiyasına rahat hərəkəti təmin etmək məqsədilə körpüdə eskalator və liftlər inşa ediləcək.

Körpünün 8 ədəd seqmenti “STP Şirkətlər Qrupu”na daxil olan “SOCAR STP” şirkətində hazırlanıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər