Azərbaycan güləşçiləri “Asiya Uşaqları” Oyunlarını 8 medalla başa vurub

Azərbaycan güləşçiləri “Asiya Uşaqları” Oyunlarını 8 medalla başa vurub
01 İyl 2024 20:25

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya Uşaqları” Oyunlarının güləş yarışlarını Azərbaycan idmançıları 1 qızıl, 2 gümüş və 5 bürünc medala tamamlayıb.

Son olaraq bu gün U-15 yaş qrupu üzrə yunan-Roma güləşində qaliblər müəyyənləşib.

U-15 Avropa çempionatının qalibi Qurban Məcnunov (44 kq) Yakutskda da bütün rəqiblərindən güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mirzəyev (38 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Yakutskda I kateqoriyalı beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər