Ukraynalılar xarabalığa çevrilən kəndlərinə qayıdırlar - The Telegraph

Ukraynalılar xarabalığa çevrilən kəndlərinə qayıdırlar  - The Telegraph
02 İyl 2024 15:52

Ukraynalılar rus mərmilərinin məhv etdiyi evlərdə yeni həyata başlamaq üçün dağıdılmış kəndlərinə qayıdırlar. Əldə pulun olmaması və davam edən döyüşlər kəndlərdəki yaşam potensialını müəmmalı vəziyyətdə qoyub.

News365.az xəbər verir ki, bu barədə The Telegraph nəşri yazıb.

Nümunə üçün qeyd edilir ki, hazırda Boqorodiçnoye kəndində vəziyyət olduqca acınacaqlıdır. Burada şiddətli döyüşlər gedib, mərmilər demək olar ki, hər evi dağıdıb.

"İndi evlər əsasən xarabalıqları xatırladır, kilsənin solğun mavi divarlarına qəlpələr səpələnb. Qızılı rəngli  günbəzlər isə sınıb. Ağır döyüşlərdən sonra kəndin işğalçılardan azad edilməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, kənd yenidən qurulmayıb. Əsasən xarabalıqlardır. Lakin tamamilə xaraba durumuna da düşməyib. Müharibədən əvvəl kənddə yaşayan 800-ə yaxın sakindən 24-ü geri qayıdıb. Onlar dağıdılmış evlərinin qalıqlarında yaşayırlar. Demək olar ki, hər şeydə xeyriyyəçiliyə güvənirlər",- məqalədə yazılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər