300 tələbə Naxçıvandan Bakıya dönə bilmir: Aeroportda və parklarda gecələyirlər

300 tələbə Naxçıvandan Bakıya dönə bilmir:  Aeroportda və parklarda gecələyirlər
02 İyl 2024 18:26

  Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır. 

Hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir.

Tələbələrdən birinin verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir. 

Tələbələr bilet probleminin həll olunması üçün AZAL rəhbərliyindən Naxçıvan-Bakı istiqamətində əlavə uçuşların təşkil olunmasını xahiş ediblər.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər