“Nəinki Rusiyadan, Belarusdan da nüvə atıla bilər“ - Jorin

“Nəinki Rusiyadan, Belarusdan da nüvə atıla bilər“  - Jorin
02 İyl 2024 19:27

"Azov" alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru, Üçüncü Əlahiddə Hücum Briqadası komandirinin müavini Maksim Jorin diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, nüvə silahı həm Rusiya Federasiyası, həm də Belarus ərazisindən istifadə oluna bilər.

“Belarusdan gələn son təhdidlər kontekstində xatırlatmaq istəyirəm ki, bu ölkə ilk gündən faktiki olaraq müharibəyə cəlb olunub. Ona görə də Rusiya Federasiyası bu regiondan müharibə üçün istifadə edir. Burada texnika və hərbi obyektlərin yerləşdirilməsi, atəşə tutma və digər məsələlər də var. Həmçinin Ukrayna ilə sərhəddə vəziyyətin sabitliyini pozmaq da var”, - o, qeyd edib.

Nüvə zərbəsi riskini qiymətləndirən Jorin hər kəsi “hansı dövrdə yaşadığımızı və kiminlə qarşılaşdığımızı” unutmamağa çağırıb: “Nüvə silahı çox güman ki, həm Rusiya Federasiyasının ərazisindən, həm də Belarusdan istifadə oluna bilər. Bunu təkcə biz deyil, həm də Qərb ölkələri bilməlidir”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər