ŞAD XƏBƏR: Bu adamların pensiyası artacaq

ŞAD XƏBƏR:  Bu adamların pensiyası artacaq
02 İyl 2024 15:43

Son zamanlar müharibə iştirakçılarının və hərbi qulluqçuların sosial müdafiəsi istiqamətində dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilir. Bu günlərdə bu istiqamətdə daha bir addım atılıb. Beləki, sağlamlığının müəyyən hissəsini itirmiş hərbi qulluqçular barədə yeni hüquqi baza hazırlanıb.

Məsələ ilə bağlı News365.az –a danışan Millət vəkili Vüqar Bayramov bildirdi ki, Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib:

“Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

Hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq”.

Millət vəkili qeyd edib ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək:

“Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər