Həbs qoyulan rus yaxtalarının icarəsinə başlanılıb - “Forbes“

Həbs qoyulan rus yaxtalarının icarəsinə başlanılıb  - “Forbes“
02 İyl 2024 16:43

Rusiyalı milyarderlər üçün tikilmiş dörd super yaxta icarəyə verilib.

News365.az xəbər verir ki, bu barədə Forbes yazıb.

"Bu siyahıda olanlardan ən bahalısı "Domodedovo" hava limanının rəhbəri Dmitri Kamenşçiklə əlaqəli olan "Flying Fox" yaxtasıdır. Bu lüks yaxtanın bir həftəlik icarəsi 4 milyon avroya başa gələcək", - nəşr yazıb.

Bundan əlavə, sahibkar Oleq Burlakovun "Black Pearl" gəmisi də bu siyahıdadır. Bu yaxtada bir həftəlik tətil 1,2 milyon avroya başa gəlir.

Yay mövsümü üçün arendaya verilən gəmilər arasında biznesmen  Dmitri Pumpyanskinin "My Bro"su (həftədə 300 min avro) və  meqayaxta olan "Axioma" (həftədə 660 min avro) da var.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər