İyun Rusiya ordusu üçün rekord itkilərlə yadda qalıb

İyun Rusiya ordusu üçün rekord itkilərlə yadda qalıb
02 İyl 2024 19:12

Ruslar 2024-cü ilin iyun ayı ərzində Ukraynada xeyli sayda texnika itiriblər. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri rekord sayda top artilleriyasını məhv edib.

News365.az xəbər verir ki, bu barədə OBOZ.UA-ya "İnformasiya Müqaviməti" qrupunun hərbi-siyasi eksperti Aleksandr Kovalenko danışıb. Onun sözlərinə görə, Rusiyanın 59 hava hücumundan müdafiə sistemi məhv edilib ki, bu da bütün müharibə ərzində ikinci ən böyük nəticədir.

“Bu, həm müvəqqəti olaraq işğal olunmuş Krımda, həm də Ukrayna və Rusiyanın materik ərazilərində S-300/S-400 sistemlərinin məhv edilməsi üzrə aparılan olduqca yüksək sistemli iş sayəsində mümkün olub. Proses davam edir! Eyni zamanda, iyun ayında ruslar Ukraynaya qarşı genişmiqyaslı müharibənin bütün dövrü ərzində rekord miqdarda top artilleriyasını itirdilər. Söhbət 1415 ədəd texnikadan gedir. Əvvəlki rekord may ayında, düşmənin 1160 ədəd top artilleriyasının məhv edildiyi vaxt qeydə alınıb”, – məqalədə yazılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər