Sahil Babayev məktəblərə pul ayrılmasından danışdı

Sahil Babayev məktəblərə pul ayrılmasından danışdı
14:17
“Cari ildən bəlli sayda, gələn ildən məktəblərin çoxu adambaşı maliyyələşmə mexanizminə keçiriləcək”.

News365.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bir neçə komitəsinin birgə iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

“Biz neçə ildi ali məktəblərə adambaşı maliyyələşdirilmə mexanzimini təqdim edirik. Adambaşı maliyyələşmə kifayət qədər uğurlu bir mexanizmdir. Tədricən biz ümumi təhsil sahəsində, mərhələlərlə məktəbəqədər təhsil pilləsində də adambaşınam maliyyələşməni genişləndirəcəyik”, - o bildirib. 


Sizin reklam burada
Sizin reklam burada