Kafe və restoran sahiləri üçün yeni güzəşt olacaq

Kafe və restoran sahiləri üçün yeni güzəşt olacaq
12:30

İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəşt olacaq.

News365.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sonradan dövriyyəsinin 200 000 manatdan yuxarı olması müəyyən edilən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinin 10 günlük müddətə görə bu hüquqdan istifadə edə bilməməsi hallarında onların 8 faiz dərəcə üzrə sadələşdirilmiş verginin tədiyyəçisi kimi fəaliyyətinə şərait yaradılması, ikili fəaliyyət zamanı gəlir və xərclərin ayrılıqda uçotu aparıldığı təqdirdə sadələşdirilmiş vergi ödəyicisi hüququnun saxlanılması təklif olunur.


Sizin reklam burada
Sizin reklam burada