“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
10:01

“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib.

News365.az xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.

Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər.  

Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər. 


Sizin reklam burada
Sizin reklam burada