Ərdoğan Azərbaycana gələcək - YENİLƏNDİ

Ərdoğan Azərbaycana gələcək - YENİLƏNDİ
05 Noy 2026 14:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

News365.az xəbər verir ki, o, bunu Koreya Respublikasından səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.

    “Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

    “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

    News365.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.


    Sizin reklam burada
    Sizin reklam burada