Bu gün iş vaxtı qısaldılır? Rəsmi qurumdan cavab

Bu gün iş vaxtı qısaldılır? Rəsmi qurumdan cavab
14:25

“Bu gün Azərbaycanda qısa iş günü deyil”.

Bu barədə  Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.


“Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.


6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş günü olmasına dair məlumatlar yayılıb./// qafqazinfo


Sizin reklam burada
Sizin reklam burada